Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici diplomatlar Tərtərə səfər ediblər

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdədə erməni terrorunun izləri ilə tanış olduqdan sonra Tərtərə səfər ediblər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Tərtərdə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Erməni vandalizmi ilə tanış olan diplomatlara məlumat verilib ki, Tərtər mütəmadi olaraq atəş altındadır. Sent­yabrın 27-dən bu günə qədər rayona, ümumilikdə, 15 min 500-ə yaxın mərmi düşüb. Hətta elə olub ki, bir gündə 2280 ədəd mərmi atılıb. Mərmilərin düşməsi nəticəsində 17 dinc sakin həlak olub. Onlardan 1-i uşaq, 1-i isə qadındır. Altmışdan çox yaralı var. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib.

Azərbaycandakı diplomatik korpu­sun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə erməni terrorundan zərər görmüş ərazilərə baş çəkib, müharibə cinayətlərinin şahidi olublar.

* * *

Sonra diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Bərdədə brifinq keçirilib. Brifinqdə erməni vandalizminin acı nəticələrindən danışılıb, bununla bağlı cinayət işinin başlandığı bildirilib, suallar cavablandı­rılıb.

30 Oktyabr 2020 02:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə