Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktı törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğula­rından atəşlərə məruz qalıb. Nəticədə meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Na­zirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

30 Oktyabr 2020 02:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə