Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan 30 hərbçinin meyitini və 1 mülki şəxsi Ermənistana təhvil verib

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Preziden­tinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərdə jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublika­sı tərəfindən humanitar təşəbbüs irəli sürülüb. Bu da Azərbaycanda olan, yəni döyüş meydanında qalmış 30-dək erməni əsgər və zabitinin meyitinin Ermənistan tərəfinə verilməsi idi. Həmçinin Azərbaycan tərəfdə iki nəfər yaşlı Ermənistan vətəndaşı da var idi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqu­nun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu huma­nitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Azərbaycan tərəfdə olan Ermənistanın iki mülki şəxsindən isə biri təhvil verilib. Digərinin səhhəti buna imkan verməyib. Bu əməliyyat indilərdə başa çatdı. Bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına sadiqliyini növbəti dəfə nümayiş etdirir”, – deyə Hikmət Hacıyev bildirib.

30 Oktyabr 2020 02:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə