Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər

Azərbaycan Respublikasının Prezi­denti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə biz Bərdə və Tərtər şəhərlərinə bu səfəri təşkil et­dik. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə təşkil edilən brifinqdə bildirib.

Prezidentin köməkçisi səfərdə iştirak edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edib. O deyib ki, dünən və ondan əvvəlki gün Ermənistan silahlı qüvvələri “Smerç” raketləri və kasetli bombalardan istifadə edərək Azərbaycanın Bərdə şəhərini intensiv şəkildə atəşə tutub. Bunun nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Bərdə şəhəri cəbhəyanı zonadan 60-70 kilometr kənarda yerləşir. Ermənistanın Bərdə şəhərini qadağan olunmuş silahlarla atəşə tutmasının yalnız bir məqsədi var idi: mülki insanların qətlinə səbəb olmaq və onlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər.

30 Oktyabr 2020 02:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə