Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu düşmənin cavabını verir və onları “iti qovan kimi qovur”

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı döyüşmürük. AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycanın məqsədi budur, biz mülki şəxslərlə döyüş aparmırıq, aparmayacağıq da.

“Biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legi­tim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentaliteti­dir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir”, – deyə Preziden­tin köməkçisi qeyd edib.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Xarici İşlər naziri tərəfindən artıq Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara ermənilərin Bərdədə törətdiyi terror barədə məlumat verilib: “Bu, gördü­yünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır və bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında daha çox qırğın törətmək. Bu, Azərbaycan xalqını qor­xutmur. Xalqımız daha da möhkəmdir. Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz, digər şəhərlərimizdə - Tərtər, Gəncə, Mingəçevirdə olduğu kimi. Bu, xalqımızı daha da möhkəmləndirir”.

Prezidentin köməkçisi deyib ki, əgər onlar bununla Azərbaycan xal­qının əzmini sındıra biləcəklərini düşünürlərsə, yanılırlar. “Biz bun­dan sonra Tərtərə də gedəcəyik, atırlar-atsınlar. Amma Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğal­dan azad olunacaq. Bir sözlə, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından alçaq­casına, şərəfsizcəsinə qaçırlar, gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız dediyi kimi, onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq. Onlar döyüş meydanında bir-bir cəzalandırılır. Azərbaycan Silahlı Qüvvələri dö­yüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir. Artıq mətbuatda da məlumat var ki, qon­darma rejimin müdafiə naziri olan şəxs də cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar. Ali Baş Koman­dan demişkən, iti qovan kimi hamısını qovacağıq”, – deyə Hikmət Hacıyev bildirib.

30 Oktyabr 2020 02:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə