Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin bu əməlləri Xocalı soyqırımındanbaşlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin Xocalı soyqırımın­dan başlayan və bu gün də davam edən müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir. Onlarda hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır.

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış bi­nalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”, – deyə Hikmət Hacıyev qeyd edib.

30 Oktyabr 2020 02:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə