Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: “Charlie Hebdo” jurnalınınPrezident Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq

“Charlie Hebdo” jurnalının İs­lam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müa­sir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir.

“Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir. Jurnal özünün isla­mofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, “Charlie Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu günlərdə Fransanın TF1 televi­ziya kanalının cəbhə xəttindən ob­yektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Charlie Hebdo”nun təxribatlarına fikir azadlığının arxasın­da gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.

“Charlie Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir.

AZƏRTAC

30 Oktyabr 2020 02:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə