Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib

Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova türkiyəli həmkarına 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldı­ğı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını, bunun müharibə cinayəti olduğunu deyib.

Azərbaycan xalqının öz dövlətinin və Prezidentinin yanında olduğunu bildirən Sahibə Qafarova deyib: “Pre­zident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasın­dakı sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tam həllini təmin edəcək”.

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Mustafa Şen­top Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və torpaqlarımızın düşmən tapdağından tezliklə tamamilə azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çat­dırıb.

30 Oktyabr 2020 02:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə