Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Artıq Ermənistan ordusundamuzdlular da döyüşmək istəmir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə, həm də xalqa müraciətində ordumuzun döyüşlərdə əldə etdiyi nəticələri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı vurğula­dı ki, düşmən torpaqlarımızı işğal etmək üçün iki ilə qədər vaxt sərf edib. Ancaq Azərbaycan Ordusu bir ayın içində 4 şəhəri, 160-dan çox yaşayış məntəqəsini yağılardan təmizləyib.

Ordumuz savaş meydanında mütəmadi olaraq döyüşlər aparır və yüksək peşəkarlığı sayəsində xalqımızı sevindirən qələbələr qa­zanır. Ötən müddət ərzində silahlı qüvvələrimiz tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubad­lı rayonları işğaldan azad olunub. Yaşayış məntəqələrindən savayı, son dərəcə mühüm önəm daşıyan strateji yüksəkliklərə, habelə Azərbaycan-İran sərhədinə nəzarəti bərpa edib.

Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini hədəfə çevirmək imkan verir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mütəmadi olaraq yaydığı uğurlu hərbi əməliyyatların videomateriallarından da bu aydın görünür. Azərbaycanın müasir silahları hazırda düşmən obyektlərini məhv etməyə qadirdir.

Azərbaycan Ordusu bu gün dövrün tələblərinə cavab verən müasir silahlarla, yeni taktika və üsullarla döyüş aparır. Bununla da düşmənin şəxsi heyəti ilə təmasa girmədən bütün texnika və atəş mövqeləri darmada­ğın edilir. Ordumuz, eyni zamanda, düşmən qüvvələrini maksimum zəiflədərək şəxsi heyətinin itkilərini mimimuma gətirəcək bir döyüş üsulu seçir.

Cənab Prezident xalqa müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarının siyahısını tam açıqladı. Bu siyahı onu göstərir ki, işğalçı o qədər zəif silahlanmayıb. Lakin demək olar ki, hamısı 30-40 il bundan əvvəl istehsal olunmuş silahlardır. Azərbaycan Ordusu isə ən müasir silahlarla təchiz edilib. Bu silahların müasirliyi Ermənistanın hərbi infrastrukturunu tamamilə dağıtmağa imkan verir.

Ermənistan silahlıları məcburiyyət qarşı­sında döyüşürlər. Bir var haqq işi, bir də var nahaq iş. Bilirlər ki, Azərbaycan hərbçisi ca­nından keçməyə hazırdırsa, deməli haqq işinin ardınca gedir, öz Vətənini, torpağını işğalçılar­dan azad edir.

Düşmən isə Dağlıq Qarabağı, işğal olunan torpaqları heç vaxt özününkü say­mayıb. Azərbaycanın öz torpaqlarını gec-tez işğaldan azad edəcəyini və bu yolda öz hakimiyyətlərinin qurbanı olacaqlarını bilib.

Artıq Azərbaycan Ordusunun silahlandı­rılma imkanları bugünkü döyüş fəaliyyətində özünü açıq-aydın göstərir. Ermənilər anlayırlar ki, onların başqa çıxış imkanları yoxdur, ya təslim olmalıdırlar, ya da ölməlidirlər. Şübhəsiz ki, tezliklə yaşamağı, təslim olmağı seçəcəklər.

Bəli, düşmən bilir ki, döyüşdüyü ərazi Azərbaycana məxsusdur. Başqasının torpa­ğını zəbt etmək, işğalçılıq siyasəti yürütmək şərəfsizlikdir. Ahıl yaşda kişiləri, 15 yaşda uşaqları, qadınları orduya çağırmaq in­sanlığa sığmayan əməldir. Bu, həm də artıq Ermənistanın potensialının getdikcə tükənməsinin göstəricisidir.

Hazırda Ermənistan ordusundakı muzdlu­lar döyüşmək istəmirlər. Çünki onlar müasir tələblərə cavab verən Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmirlər. Muzdlu pul naminə döyüşsə də belə, silahlı qüvvələrimizin müqaviməti qarşısında məğlub olur. Ona görə də Ermənistan ordusu beynəlxalq konven­siyalara zidd olaraq döyüşlərdə uşaqlardan istifadəyə əl atır.

Şair RAMALDANOV,ehtiyatda olan polkovnik

30 Oktyabr 2020 02:48 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə