Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmən Azərbaycan Ordusu qarşısında diz çökür

Bu il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Hesab edirəm ki, bu, çox parlaq, dərin məzmunlu və böyük tarixi əhəmiyyət kəsb edən bir sənəddir.

Dövlətimizin başçısı bildirdi ki, son illər ərzində Azərbaycan dövləti dünya ictimaiyyətini Qarabağın və münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışdır. Görülən işlər bu gün ölkəmizə kömək göstərir, çünki artıq dünyada münaqişə barədə daha obyektiv fikir və təsəvvür var.

Ermənistan təcavüzkar, işğalçı dövlətdir. BMT-nin Təhlükəsizlik Şura­sının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması ilə bağlı 27 il bundan əvvəl qəbul etdiyi dörd məlum qətnaməsi var. Lakin rəsmi İrəvan uzun illərdir dün­ya birliyinə meydan oxuyaraq, həmin qətnamələrə əməl eləmir. Təəssüf ki, dünya gücləri buna görə təcavüzkarı cəzalandırmağa tələsmirlər.

Üstəlik, Ermənistan son illər həmin ərazilərə yaxın-uzaq ölkələrdən çox say­da erməni ailələri gətizdirib yerləşdirir. Möhtərəm Prezidentimiz bu barədə demişdir: “Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konven­siyalarına ziddir. Onlara deyən var ki, sən niyə qanunsuz məskunlaşma apa­rırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycanın mədəni irsini sil.”

Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətini də haqlı olaraq kəskin tənqid edib. Təcavüzkara “gözün üstə qaşın var” deməyən həmin quru­mun bütün fəaliyyəti indi Ermənistanı xilas etməyə yönəlib. Bu, həmin Ermənistandır ki, XX əsrin ən amansız qətliamlarından biri olan Xocalı soyqı­rımını törədib. Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, digər şəhər və rayonları­mızın dinc sakinləri ballistik raketlərlə bombalanır. Minsk qrupunu təmsil edən dövlətlər isə susurlar?!

Bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Milli Ordumuz Qarabağda əks-həmlə əməliyyatlarına başlamış­dır. Azərbaycanın bir neçə rayonu, şəhər və qəsəbəsi, onlarca kəndi artıq düşməndən təmizlənmişdir. Bu gün hər birimizin sevincinin həddi-hüdudu yox­dur. Çünki xalqımız öz qədim tarixinin ən şərəfli səhifələrindən birinə şahidlik edir.

Bəli, Ermənistan silahlı qüvvələri dö­yüş meydanında müzəffər Azərbaycan Ordusu qarşısında diz çökürlər. Mən zərrə qədər şübhə etmirəm ki, üçrəngli şanlı Azərbaycan bayrağı ən yaxın günlərdə Şuşada, Xankəndidə dalğa­lanacaq. Azərbaycanın igid əsgər və zabitlərinə eşq olsun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İlham MAZANLI,
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

30 Oktyabr 2020 02:43 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə