Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Salmanov Fəqan Rzalı oğlu döyüş meydanında şəxsi bacarığı ilə seçilən hərbi qulluqçulardandır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun dəqiq hesablamaları ilə verdiyi çox sayda hədəflər məhv edilib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Novruz Muxtər oğlu da torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşı­rığının öhdəsindən layiqincə gəlir.

N.Həsənov top komandiri olaraq dəqiq atəşlə düşmənin 3 ədəd KS-19 topunu məhv edib.

* * *

Ermənistan silahlı qüvvələri okt­yabrın 29-da saat 09.25 radələrində Goranboy rayonunun ərazisini artilleri­ya atəşinə tutub.

Bu barədə Azərbaycan Respub­likası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

* * *

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini, polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziya­nın rabitə rəisi, mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti, polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavi­ni Roman Tunyan isə itkin düşüb.

* * *

Bərdə və Goranboy rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun və Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Bərdə rayonundadırlar.

* * *

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiya­dır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi, ümumiyyətlə, havaya qalxmayıb.

* * *

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli re­aktiv sisteminin vurulması barədə videogörüntülər yayıb. Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.

Bu barədə Ermənistan tərəfinin əsassız iddiaları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıq­lamasında ifadə olunub.

Nazirliyin məlumatında bildirilib ki, Azərbaycana məxsus “Smerç” yay­lım atəşli reaktiv sistemlərinin hamı­sı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

* * *

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Azərbaycan Respub­likası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

* * *

Azərbaycandakı diplomatik korpu­sun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı hu­manitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qar­şı təcavüz aktı kimi dəyərləndiririk.

* * *

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.

30 Oktyabr 2020 02:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə