Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə telefon danışığı baş tutub

Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borel ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bay­ramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bom­balardan istifadə edilməsi ilə bağlı məlumatlandırıb. Nazir Ermənistan silahlı qüvvələrinin 27 və 28 oktyabr tarixlərində Bərdə şəhərinə raket hü­cumları ilə mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirildiyini qeyd edib. O vurğulayıb ki, bu Ermənistanın törətdiyi növbəti müharibə cinayətidir və bu cinayətə görə tam məsuliyyəti Ermənistan daşıyır.

Aİ-nin ali nümayəndəsi Jozef Borel mülki əhalinin atəşə tutulması ilə bağlı təəssüfünü ifadə edib və mülki şəxslərin hədəf alınmasının yolverilməzliyini vur­ğulayıb. Eyni zamanda, o, münaqişənin sülh yolu ilə həllini təmin etmək üçün tərəflər arasında dialoqun bərpa olun­masının vacibliyini qeyd edib.

30 Oktyabr 2020 02:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə