Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The New-York Times” qəzeti Ermənistanın Bərdəyə raket hücumundan yazır

ABŞ-ın “The New-York Times” qəzetinin jurnalistləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı reportaj hazırlayıblar. AZƏRTAC xəbər verir ki, reportajda Bərdədə partlayış anı və partlayışdan sonra şəhərdə yaranan vəziyyət təsvir olunub. Müxbirlər hadisədən zərər çəkmiş sakinlərin fikirlərini də qeyd ediblər.

Bildirilir ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurdların­dan didərgin salıb. İndi isə Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün geniş­miqyaslı əks-hücum həyata keçirir.

Hadisə yerində olmuş jurnalist ilk partlayışın onlardan 20 metr aralıda baş verdiyini, Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış yerlərinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığını yazır.

“The New-York Times” qəzetinin əməkdaşı Bərdəyə terror hücumunun bütün dəhşətini dilə gətirib. Jurnalist həyəcanını bu sözlərlə ifadə edib: “Ba­yırda, yol ayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qa­pısına yayılmışdı. Bomba­ların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada döyüş sursat­larının üzərində dayanmış­dılar”.

30 Oktyabr 2020 02:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə