Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın raket zərbələri nəticəsində Bərdə Olimpiya İdman Kompleksi yararsız vəziyyətə düşüb

Bərdənin təcavüzkar Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir çox mül­ki obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib. Nəticədə, bu idman qurğusu tamamilə yararsız vəziyyətə düşüb.

Azərbaycan Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.

Kompleksin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesabla­malara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan və beynəlxalq standart­lara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humani­tar atəşkəs rejimini kobudcasına poza­raq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

30 Oktyabr 2020 02:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə