Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub

Türkiyənin Cümhuriyyət Günü münasibətilə oktyabrın 29-da Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

AZƏRTAC xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası ara­sındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirdi.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, bu gözəl günü bütün dünya­da qeyd edirik. Azərbaycan da bizim bu sevincimizi bölüşür. Bu məqsədlə də Heydər Əliyev Mərkəzinin möhtəşəm binası üzərinə Türkiyə bayrağı videopro­yeksiya olunur.

Səfir qeyd edib ki, bu günlərdə Türkiyə ilə Azərbaycan arasında dost­luq, qardaşlıq münasibətləri çox önəmli, çox gözəl günlərdən keçir. Türkiyə Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı haqlı mübarizədə qardaş ölkənin yanında olduğunu bəyan edib. Bu, bizim qar­daşlıq vəzifəmizdir.

Qeyd edək ki, xalqları­mızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan–Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib.

Türkiyənin Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin əyani göstəricisidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bü­tün məsələlərdə qardaş Türkiyənin yanındadır.

30 Oktyabr 2020 02:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə