Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ hökuməti qaçqınların qəbulu limitini 15 min nəfərə endirib

ABŞ-ın nüfuzlu “The Washington Post” nəşrinin məlumatına görə, Prezident Donald Tramp 2021-ci maliyyə ilində qaçqınların qəbul limitini 1980-ci ildən bəri ən aşağı səviyyəyə –15 min nəfərə endirib.

Nəşr yazır ki, müvafiq memorandum Ağ ev tərəfindən dərc olunub.

Məsələ ilə bağlı Ağ ev rəhbəri Donald Trampın imzaladı­ğı sənəddə qeyd edilir: “2021-ci maliyyə ili ərzində 15 minə qədər qaçqının qəbulu humanitar vəziyyətə əsaslanır və ya milli maraqlara xidmət edir”.

ABŞ lideri, həmçinin “humanitar vəziyyəti daha çox na­rahatlıq doğuran insanlar istisna olmaqla” Yəmən, Suriya və Somali vətəndaşlarının ölkəyə qaçqın kimi qəbul olunmaya­cağını vurğulayıb.

Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ tərəfindən qaçqınların qəbulu limiti 18 min nəfər, 2019-cu ildə isə 30 min nəfər idi. Sonuncu dəfə 15 minlik limit 1980-ci ildə qeydə alınmışdı. Lakin sonradan qaçqınların qəbulu barədə xüsusi qanun qəbul edilmiş və limit 50 min nəfərədək artırılmışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

30 Oktyabr 2020 02:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Noyabr 2020 | 03:18
Serbiyada yeni məhdudiyyətlər
25 Noyabr 2020 | 03:15
Raket sınağı
25 Noyabr 2020 | 03:15
Qurbanların sayı artıb
25 Noyabr 2020 | 03:14
Nazirin açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə