Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidə üç top mərmisi zərərsizləşdirilib

Ötən gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd 57 mm-lik top mərmisi (OR-281U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

17 Oktyabr 2018 17:18 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Mart 2020 | 12:44
Biz birlikdə güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə