Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKPA-nın Baş katibi Azərbaycan şəhərlərinə edilən hücumları şiddətlə qınayır

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayır.

AZƏRTAC xəbər verir ki, Baş katib bunun insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayır. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib insanların həyatlarını itirmələri ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirib və yaralananlara şəfa diləyib.

29 Oktyabr 2020 20:15 -

Köhnə versiyamızdan xəbərləri izlə