Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah Milli Tuzim sammiti işinə başlayır

Sabah  Bakı Konqress Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti baş tutacaq. Tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

 Tədbirdə Dövlət orqanlarından, diplomatik nümayəndəliklərdən, turizm sahəsinin əsas iştirakçılarından, yerli və xarici şirkətlərdən, kütləvi informasiya vasitələrindən 1500-dən çox iştirakçının təmsil olunacağı gözlənilir.

Eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosununun kollektivi də bu mühüm tədbirdə təmsil olunacaq.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

17 Oktyabr 2018 17:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə