Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rumıniya saytında Bərdə hadisələrindən bəhs edən məqalə dərc olunub

Rumıniyanın “News24hours” xəbər portalı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdədə törədilən terror aktı barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutduğu bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

29 Oktyabr 2020 20:08 -

Köhnə versiyamızdan xəbərləri izlə