Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib

Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova türkiyəli həmkarına 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını, bunun müharibə cinayəti olduğunu deyib.

Azərbaycan xalqının öz dövlətinin və Prezidentinin yanında olduğunu bildirən Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasındakı sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tam həllini təmin edəcək”.

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və torpaqlarımızın düşmən tapdağından tezliklə tamamilə azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

29 Oktyabr 2020 18:01 -

Köhnə versiyamızdan xəbərləri izlə