Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti niyə aşağı düşür?!

Amerika Neft İnstitutunun ( ARI) ABŞ-da neft ehtiyat­larının 4,6 milyon barel artması xəbərindən sonra dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşməyə başlayıb.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3 faiz aşağı düşərək bir bareli 39,81 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,94 faiz aşağı düşərək bir bareli 38,01, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 41,5 dollar olub.

“Reuters”in məlumatına görə, ABŞ-da benzin ehtiyatı da 2,6 milyon barel artıb.

Ekspertlər bildiriblər ki, COVID-19 virusu da dünya baza­rında “qara qızıl”ın qiymətinə ciddi təsir edir. Əksər ölkələrdə müəssisələr bağlanıb, ictimai nəqliyyat isə çox zəif işləyir. Bu isə istər-istəməz neftin qiymətinə mənfi təsir göstərir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

29 Oktyabr 2020 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə