Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ABŞ prezidentliyinə namizədlərdən heç birini dəstəkləmir

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, rəsmi Moskva ABŞ-da keçiriləcək prezident seçkilərində heç kimi dəstəkləmir, yalnız özünün təhlükəsizlik maraqlarını təmin etmək haqqında düşünür.

Məlumatı RİA “Novosti” verib.

Diplomat bildirib ki, Moskva seçki nəticəsində hakimiyyətə gələcək administrasiya ilə işləməyə hazırdır: “Biz heç kimi dəstəkləmirik. Birincisi, biz müstəsna olaraq özümüzün təhlükəsizliyimizi düşünürük, qlobal təhlükəsizlik və sabitliyin təminatı ilə bağlı olduqca məsuliyyətli yanaşma sərgiləyirik. Son həftələr və aylar ərzində Rusiya Prezidenti tərəfindən verilən bəyanatlar da bunu əyani şəkldə təsdiq edir”.

Ryabkov deyib ki, ABŞ seçkilərində qalibin müəyyənləşdirilməsi Amerika xalqının daxili işidir: “Biz də bu seçkilər nəticəsində hakimiyyətə gələcək administrasiya ilə işləyəcəyik. ABŞ Prezidenti gələn il yanvarın 20-də and içəndən sonra onunla dialoqu davam etdirəcəyik”.

Bir qədər əvvəl Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Bayden bəyan edib ki, Rusiya ABŞ-da noyabrda keçiriləcək seçkilərə müdaxilə etməyə çalışır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu ittihamları “boğazdan yuxarı sözlər” adlandırıb. RF XİN başçısı Sergey Lavrov isə, öz növbəsində, Rusiyanın müxtəlif ölkələrdə seçkilərə müdaxiləsi haqqında danışarkən bəyan edib ki, bu fikri təsdiq edən heç bir fakt yoxdur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Ölkənin ali kürsüsü uğrunda mübarizədə hazırkı dövlət başçısı Donald Tramp və demokratların namizədi Co Bayden iştirak edirlər. Bundan əlavə, həmin gün Senatın tərkibinin üçdə biri, Nümayəndələr Palatasının tam tərkibi, eləcə də qubernatorlar da seçiləcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

29 Oktyabr 2020 00:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə