Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Körpələr Evi 2020-ci ilə camaşırların yuyulmasının satın alınması məqsədilə elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Camaşırların yuyulmasının satın alınması.

Tender iştirakçıları dövlət satınal­malarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqın­da ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2020-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – M. Mehrəliyeva, telefon – 440 49 28.

Ünvan – Bakı, Bakıxanov küçəsi 37, 1 nömrəli Körpələr Evi.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəslə təqdim edə bilərlər.

İştirak haqqı 155 manatdır.

Təşkilat- 1 nömrəli Körpələr Evi

VÖEN- 1405060291

ADI- Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

KOD- 210005

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

Hh- AZ69C­TRE00000000000002128223

Kitab- 009283

Fond -7

Büdcə təsnifatının kodu -142330

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

Malgöndərənlər (podratçılar) iddi­açı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olun­muş qaydada elektron formada təqdim etməlidirlər;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanalrı haqqında məlumat;

-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydada təsdiq edilmiş surətləri;

-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovu olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandı­rılmış şəxs olmaması haqqında arayış;

-iddiaçının bank rekvizitləri, tam adı, hüquqi statusu,(sahibkarlıq subyekti).

Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satı­nalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satı­nalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 noyabr 2020-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 25 noyabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 26 noyabr 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

29 Oktyabr 2020 00:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə