Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərxalça” ASC əl xalçalarının emalı prosesi xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalma­larının www.etender.gov.az vahid internet portalında ten­der haqqında ətraflı məlumatı əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;

- texniki imkanlara malik olmaları.

Tenderdə iştirak etmək istəyən təşkilatlar aşağıda­kı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər top­lusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

İştirak haqqı 200 manatdır.

Təşkilatın bank rekvizitləri:

• “AZƏRXALÇA” ASC

• H/h- AZ58HAJCHCRAZN10000077050001

• VÖEN- 1503323631

• Bankın adı-“XALQ Bank” ASC-nin Baş filialı

• Kod-501026

• VÖEN- 2000296061

• M/h- AZ24NABZ01350100000000067944

• S.W.I.F.T BIK-HAJCAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublika­sında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podrat­çıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podrat­çının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hü­quqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıl­dığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-müəyyən etdilmiş digər sənədlər.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 noyabr 2020-ci il saat 10.00-a, tender təklifi və bank təminatını isə 27 noyabr 2020-ci il saat 13.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi zərfləri 30 noyabr 2020-ci il saat 10.00-da elektron portal vasitəsilə açıla­caqdır

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yal­nız elektron qaydada portal vasitəsilə aparılır.

29 Oktyabr 2020 00:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə