Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 421 Bakı şəhəri, 26 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xızı-Xaçmaz, Quba, Qu­sar turizm və rekreasiya zonalarının yaradılması haqqında” 2016-cı il 1 av­qust tarixli 286 nömrəli, “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoq­rafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli, “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 de­kabr tarixli 584 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respubli­kası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respub-likası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1426) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1593; 2017, № 12 (II kitab), maddə 2477; 2018, № 8, maddə 1808) ilə təsdiq edilmiş “Azərbaycan Respub­likasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxa­na, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü bəndin birinci cümləsindən “və Turizm” sözləri çıxarılsın və həmin cümləyə “İçərişəhər” Dövlət Tarix-Memar­lıq və” sözlərindən əvvəl “tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik),” sözləri əlavə edilsin;

2.2. 3.1-ci bəndin birinci cümləsinə və 3.4-cü bəndə ismin müvafiq hallarında “Nazirlik,” sözündən sonra ismin müvafiq hallarında “tabeliyindəki dövlət qoruqla­rının ərazilərində Agentlik,” sözləri əlavə edilsin.

3. “Mədəniyyət təsisatlarına xüsu­si statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2016, № 10, maddə 1700) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədən “və Turizm” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi sta­tusların verilməsi Qaydası”nın 3.1-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531; 2018, № 8, maddə 1798; 2019, № 5, maddə 944) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 12-ci hissəsinin adından “və Turizm” sözləri çıxarılsın.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

29 Oktyabr 2020 00:35 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə