Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 420 Bakı şəhəri, 26 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2014-cü il 29 avqust tarixli 293 nömrəli, “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikası­nın ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haq­qında” 2014-cü il 29 avqust tarixli 294 nömrəli və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 okt­yabr tarixli 354 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respubli­kası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Res­publikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598; 2019, № 3, maddələr 517, 527) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndindən “və Turizm” sözləri, 2.6-cı bəndinin ikinci cümləsindən “və turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1025; 2017, № 12 (II kitab), maddə 2556) ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın 3.3-cü, 4.1-ci, 4.4-cü, 4.5-ci, 5.1-ci, 6.1-ci, 6.4-cü, 6.7-ci, 8.1-ci (hər üç halda) bəndlərindən, 3.4-cü və 4.2-ci bəndlərinin birinci cümlələrindən, 6.3.1-ci, 6.3.2-ci yarımbəndlərindən, 6.5-ci və 8.2-ci bəndlərinin ikinci cümlələrindən “və Turizm” sözləri çıxa­rılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust ta­rixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2014, № 8, maddə 1026; 2017, № 11, maddə 2184, № 12 (II kitab), maddə 2557) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın 6.1-ci, 6.4-cü, 6.5-ci, 6.6-cı, 7.2-ci, 7.3-cü, 7.4-cü, 7.9-cu, 8.1-ci, 8.4-cü, 9.1-ci, 9.2-ci, 9.3-cü, 12.2-ci, 13.1-ci bəndlərindən, 6.2-ci, 7.7-ci və 7.8-ci bəndlərinin birinci cümlələrindən, 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərindən, 8.6-cı bəndinin ikinci cümləsindən, 9.4-cü bəndinin birinci və ikinci cümlələrindən, 12.1-ci bəndinin birinci (hər iki halda) və ikinci cümlələrindən “və Turizm” sözləri çıxa­rılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 10, maddə 1324; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 12-ci hissəsində “Azərbaycan Respublika­sının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Res­publikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

29 Oktyabr 2020 00:34 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə