Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 419 Bakı şəhəri, 26 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2008-ci il 18 mart tarixli 74 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə” 2008-ci il 10 iyul tarixli 155 nömrəli, “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın təsdiq edilməsi haqqında” 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haq­qında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2008, № 3, maddə 240, № 7, maddə 689) ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndin birinci abzasından “və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir” sözləri çıxarılsın;

1.2. 1.2-ci bənddə, 1.3-cü bəndin birinci cümləsində, 1.4-cü bənddə, 2.1.6-cı, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müva­fiq hallarında “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “tabeliyində olduğu qurum” sözləri ilə əvəz edilsin;

1.3. 5.2-ci bəndin ikinci cümləsində, 6.1-ci, 6.7-ci bəndlərdə, 6.3-cü bəndin birinci cümləsində, 2.1.3-cü, 3.5.1-ci və 6.4.5-ci yarımbəndlərdə, 2.1.5-ci və 2.1.12-ci yarımbəndlərin ikinci cümlə-lərində ismin müvafiq hallarında “Azərbaycan Respublika­sının Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “tabeliyində olduğu qurum” sözləri ilə əvəz edilsin;

1.4. 1.5-ci bənddə “mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Respubli­kasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruğun mühafizə zonası yara­dılır” sözləri “tabeliyində olduğu qurumun təklifi əsasında Azərbaycan Respublikası­nın Nazirlər Kabineti tərəfindən qoruğun mühafizə zonası müəyyən edilir” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2008-ci il 10 iyul tarixli 155 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2008, № 7, maddə 677; 2016, № 9, maddə 1585) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 870; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın “5. Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram üzrə Tədbirlər Planı”nın 5-ci hissəsinin “İcraçı təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553; 2020, № 7, maddə 982; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 sentyabr tarixli 320 nömrəli və 14 sentyabr tarixli 337 nömrəli qərarları) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”nin 1.6-cı bəndi aşağıda­kı redaksiyada verilsin:

“1.6. Qoruq ərazisində yerləşən abidələrin təhlükəsizliyini, memarlıq-estetik görünüşü­nü, onların funksional təyinatını və uzunö­mürlülüyünü təmin etmək məqsədilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabi­neti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respub­likasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respubli-kasının Dövlət Turizm Agentli­yi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memar­lıq Qoruğu İdarəsi) mövcuddur.”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

29 Oktyabr 2020 00:34 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə