Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 418 Bakı şəhəri, 26 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “İnsan alveri qurban­ları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 11 avqust tarixli 123 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkədəki dip­lomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqın­da Əsasnamə”nin təsdiq edilməsi barədə” 2010-cu il 1 dekabr tarixli 229 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Preziden­tinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respubli­kası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “və Turizm” (hər beş halda) və “və turizm” sözləri çıxarılsın;

1.2. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Apa­ratı” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi­nin Aparatı” sözləri, “Naxçıvan Muxtar Respublikası üzrə” hissəsində “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatı” sözlərindən sonra “Turizm Departamentinin Aparatı” sözləri, “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin re­gional bölmələri” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin regional turizm idarələri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 676; 2015, № 7, maddə 880; 2016, № 9, maddə 1585; 2020, № 2, maddə 211) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexa­nizmi Qaydaları”nın 2.2-ci bəndindən “və Turizm,” sözləri çıxarılsın və həmin bəndə “Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1111; 2013, № 2, maddə 193, № 9, maddə 1129; 2014, № 4, maddə 443) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin 1.1-ci, 1.2-ci (hər iki halda), 1.5-ci bəndlərindən, 3.1.1-ci yarımbəndindən, 3.15-ci, 5.1-ci (hər üç halda) bəndlərindən, 5.4-cü bəndin ikinci cümləsindən, 5.6-cı bəndindən, 5.7-ci bəndin ikin­ci cümləsindən, 5.8-5.10-cu, 5.12-ci bəndlərindən, 5.13-cü bəndin ikinci cümləsindən “və Turizm” sözləri və 5.7-ci bəndin üçüncü cümləsindən “və turizm” sözləri çıxarılsın.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

29 Oktyabr 2020 00:33 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə