Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbhə gündəliyi, 28 oktyabr

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 1 ayı başa çatdı. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi, Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozdu. Oktyabrın 28-də də cəbhədə sakit keçmədi. Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 28-də yaydığı rəsmi məlumatların xülasəsi:

- Oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.
- Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
- Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.
- Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.
- Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.
- Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
- Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənista=-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub. Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.
- Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsü yayılıb.
- Ermənistan silahlı qüvvələri oktyabrın 28-da saat 10:15-də “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
- Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. 21 nəfər ölüb, 60 nəfər xəsarət alıb, mülki infrastruktura ziyan dəyib.
- Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutub.
- Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin, guya, atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.
- Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutub.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub.

- Prezident İlham Əliyev: “Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib”

Zəngilan: Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli,
Füzuli: Mandılı,
Cəbrayıl: Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac,
Qubadlı: Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edilib.

- Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

- Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

- Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

Hazırladı:
T.AYDINOĞLU,

“Xalq qəzeti”

29 Oktyabr 2020 11:58 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə