Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və mülki əhaliyə hücumlarını qəti pisləyən qətnamə qəbul edib

Oktyabrın 28-də Pakistan Milli Assamb­leyası Ermənistanın Azərbaycana qar­şı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də isə Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.

Qətnamə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

29 Oktyabr 2020 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə