Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Canəli Hörmətov: Ləzgilər Vətən müharibəsinin ön sıralarındadırlar

Ölkəmizdə yaşayan bütün xalqlar Azərbaycan adlı ananın övladlarıdır. Vətəni qorumaq hər birimizin borcudur. Birinci Qarabağ savaşında qusarlılar 67 şəhid verib, 50 nəfərdən çox yaralanıb. Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra Quba-Qusar batalyonu yaradılıb. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar. Ləzgi döyüşçülərin şücaətindən bu gün də fəxrlə danışılır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov söyləyib.

Canəli Hörmətov bildirib ki, ləzgilər bu gün də Vətən müharibəsinin ön sıralarındadırlar.

“Qusardan könüllü qruplar cəbhəyə yola düşüb. Hamı qazanılacaq qələbədə pay sahibi olmağa çalışır. Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə soyqırımı həyata keçirən ermənilərə Qubadakı “Qanlı dərə”də dərs vermişik. Həmin döyüşlərdə Ləzgi Hətəm, Ləzgi Möhbalı, Ləzgi Hacıməhəmmədin dəstələri erməniləri ağır məğlubiyyətə uğradıb. Bu gün də onların davamçıları silaha sarılıb Vətən torpaqlarını işğalçıdan azad edir. Arxa cəbhənin əsgərləri də çox fəaldır. Qusardan demək olar hər gün ön cəbhəyə sovqatlar göndərilir. Bu birlik qələbəmizi daha da yaxınlaşdırır”, - deyə Canəli Hörmətov söyləyib.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2020 10:04 - CƏMİYYƏT
CƏMİYYƏT
25 Noyabr 2020 | 03:25
“Xristian irsimizi tanıyaq”

Köhnə versiyamızdan xəbərləri izlə