Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırmışdır.

Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirmişdir. Hadinin şeirlərində milli insan böhranı, milli varlıq problemi öz əksini tapmışdır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məhəmməd Hadi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Məhəmməd Hadinin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Hadi/index.htm linkindən istifadə edə bilərlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2020 09:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə