Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminar keçiriləcək

19 oktyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminarı keçiriləcək.

www.science.gov.az saytı yazır ki, seminar müasir dünya folklorşünaslığının aktual mövzularından biri olan İnternet folklorunun nəzəri-metodoloji problemləri, virtual kommunikativ mühitdə gedən folklor prosesləri, müasir sosial-mədəni şərt və prinsiplərin müzakirəsinə həsr olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Oktyabr 2018 16:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə