Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən törədir

Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 21 nəfərin həlak olması və 70-dən çox insanın yaralanması bu ölkənin vandalizminin və barbarlığının daha bir bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombalardan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Kasetli bomba­lardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir.

Ermənistan dövlət səviyyəsində bu terror əməllərini bilərəkdən həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaq­dan uzağıq. Biz ermənilərin cavabını döyüş meydanında veririk. Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə, biz daha da güclənirik.

29 Oktyabr 2020 03:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə