Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ermənistan mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri hu­manitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri ağır artille­riya və raketlərdən atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, düşmənin humanitar atəşkəs rejimi­ni kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raket atəşinə tutmaqla dağıntı və yanğınlar törədir.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində ilkin məlumata əsasən, 19 nəfər həlak olub və 60 nəfərə yaxin insan yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Na­zirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

29 Oktyabr 2020 03:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə