Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın növbəti müharibə cinayəti Misir mətbuatında

Misirin “Cairo24” və “Aldiplomasy” portalları, həmçinin “Asiaelyoum” informasiya agent­liyi oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə yenidən ra­ket hücumu etməsi və mülki insanların qətlə yetirilməsi barədə xəbərlər yayıblar.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ermənilərin növbəti müharibə cinayəti ilə əlaqədar yaydığı məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qa­dağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfərin həlak olduğu, 70-ə yaxın şəxsin yaralandığı bildirilib. Həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəbərlərdə vurğulanır ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinləri və mülki obyektləri hədəf alır. Azərbaycan Ordusu isə düşmənin bu vəhşiliyinin cavabını cəbhədə qazandığı qələbələrlə verir.

29 Oktyabr 2020 02:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə