Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub

Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı na­zir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırıb.

O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri oldu­ğuna diqqət çəkib. Nazir Ceyhun Bay­ramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər ara­sında olan itkilər barədə məlumat verib.

İqnasio Kassis, öz növbəsində, mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə edib. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar edib. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd edib.

AZƏRTAC

29 Oktyabr 2020 02:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə