Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib

“Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq, humanitar atəşkəs rejimi­nin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan bura­xılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımda yer alıb.

Paylaşımda deyilir: “Silahlı münaqişələr za­manı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq norma­larının ən kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağı­mızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.

Uca Tanrı Vətənimizi qorusun!”.

29 Oktyabr 2020 02:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə