Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident!

Əziz Qardaşım!

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisa­di, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmiş­dir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata ke­çirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqla­nan Azərbaycan-Türkiyə birliyi və stra­teji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qar­daşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevril­mişdir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğu­nuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanın­dadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlı­ğı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram günündə Sizin sevinci­nizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavan­lıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2020-ci il

29 Oktyabr 2020 02:29 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə