Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyi: Müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə ezam olunublar

Xəbər verdiyimiz kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri oktyabrın 28-də günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

DİN rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların xəstəxanalara vaxtında çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakın mühafizəsi üçün Bərdə Rayon Polis Şöbəsinə kömək məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhərdə gücləndirilmiş iş şəraitində xidmətlərini davam etdirirlər.

28 Oktyabr 2020 16:51 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə