Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,5 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,6 faizi Xətai, 11,7 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,7 faizi Nəsimi, 8,1 faizi Nərimanov, 7,9 faizi Suraxanı, 7,2 faizi Nizami 7 faizi Qaradağ, 5,7 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 55,7 faizi paytaxtda qeydə alınıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

28 Oktyabr 2020 15:56 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə