Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan almağa çalışır

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hücumları davam etdirsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik.

28 Oktyabr 2020 15:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə