Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdə şəhərinə qadağan edilmiş kaset bombalar atması nəticəsində 3 mülki şəxs həlak olub

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, nəticədə 3 mülki şəxs həlak olub, bir neçə şəxs isə xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

28 Oktyabr 2020 14:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə