Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran Prezidentinin xüsusi elçisi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları barədə məlumatlandırılıb

Oktyabrın 28-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə İran arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlığı vurğulayıb, gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən son gərginliyi ətraflı şəkildə müzakirə ediblər.

Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan baş nazirinin bölgədə gərginliyin artırılması məqsədini güdən, münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verib. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri həyata keçirdiyini bildirib.

Xüsusi elçi Seyid Abbas Arağçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha diqqətə çatdırıb, mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığını ifadə edib.

28 Oktyabr 2020 14:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə