Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bartomeu istefası haqqında danışıb

Ötən gün “Barselona”dan istefa verən Xosep Bartomeu klubdan ayrılması haqqında mətbuata açıqlama verib.

57 yaşlı sabiq klub rəhbəri "Barselona"nın yeni səhifə açması üçün vəzifəsindən getdiyini bildirib:

“Tito Vilanovanın ölümündən sonra Sandro Rosellin haqsız yerə həbs olunmasını da gördük. Bəzi media orqanları bizi həddindən çox və sərt tənqid etdilər. İndi istəyirəm ki, “Barselona”nın yeni səhifəsi açılsın. Sağ-salamat qalın. Yeni prezidentə hər şeyin ən yaxşısını diləyirəm və “Barsa”nı uzaqdan görmək istəyirəm. Dünyanın ən yaxşı klubu olan “Barselona”nın gələcəyi ilə bağlı qərarı klub üzvləri verir. Direktorlar şurasının niyyəti “Barselona”nı dünyanın ən hörmətli və sevilən klubuna çevirmək idi. Biz bu hədəfə çatmaqdan da artığını etdik.

Ölkə və klub üçün ən çətin vaxtlardan birində “Barselona”nı idarə etməli idik. Biz həmişə qərarlar qəbul edərkən hüquqların və söz azadlığının qorunmasını dəstəkləyirdik”. 

Qeyd edək ki, Bartomeu 2014-cü ilin yanvarından "Barselona"nın prezidenti idi.

“Elşən AĞALAR,
“Xalq qəzeti”

28 Oktyabr 2020 12:18 - İDMAN
İDMAN
27 Noyabr 2020 | 01:11
Yeni antirekord
25 Noyabr 2020 | 12:14
Özilin əvəzləyicisi

Köhnə versiyamızdan xəbərləri izlə