Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

“Sərhədsiz Reportyorlar” Fransanın TF1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham olunduğunu bəyan edib.

Oktyabrın 22-də TF1 kanalında “Saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist və böyük repartyor Lizron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajların hədəfinə çevrilib və onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər. Eyni zamanda, jurnalistin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da, həmçinin davamlı olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

Oktyabrın əvvəlində digər iki fransız jurnalist də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.

“Sərhədsiz Reportyorlar”ın Avropa İttifaqı və Balkan bürosunun rəhbəri Pavol Szalai Lizron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Bildirilir ki, münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. “Bundan başqa, Fransa Erməniləri Təşkilatlarının Koordinasiyası Şurasının həmsədri Frank Papazyanı mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq”, - deyə qeyd edilir.

Belə ki, “Facebook” vasitəsilə yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri bildirilib. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq: “Ola bilər ki, TF1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”. Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, TF1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün Lizron Budulun reportajını öz saytından silib.

28 Oktyabr 2020 11:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə