Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 416 Bakı şəhəri, 26 oktyabr 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli və “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin   təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il    31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470,   
№ 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddələr 2525, 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781, № 8, maddə 1478; 2020, № 3, maddə 369; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 sentyabr tarixli 333 nömrəli və 10 oktyabr tarixli 385 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın   9.15-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq vətən-daşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də əldə edilir.”. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; 2019, № 1, maddə 163, № 3, maddə 565) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə aşağıdakı məzmunda 37-ci hissə əlavə edilsin:
 
37. “Elektron məhkəmə” informasiya sistemi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
28 Oktyabr 2020 00:55 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə