Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 415  Bakı şəhəri, 26 oktyabr 2020-ci il
 
“Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2009, № 3, maddə 201, № 12, maddə 1079; 2012, № 10, maddə 1029; 2016, № 12, maddə 2236) aşağıdakı dəyişikliklər edilsin:
1.  Adından və 1-ci hissəsindən “peşə” sözü çıxarılsın.
2.  Həmin Qərarla təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları” üzrə:
2.1. adından, 1-ci, 2-ci hissələrindən, 12-ci hissəsinin birinci abzasından, 18-ci, 19-cu hissələrindən, II, III və V bölmələrinin adından “peşə” sözü çıxarılsın;
2.2. 3-cü hissənin birinci abzasında və 5-ci hissədə “peşə təhsili keçməsi” sözləri “təhsil alması” sözləri ilə əvəz edilsin;
2.3.  6-cı hissə üzrə:
2.3.1.  ikinci abzasdan “peşə” sözü çıxarılsın;
2.3.2.  üçüncü abzasın ikinci cümləsində “peşə təhsili keçmə”, “peşə təhsili keçəcək” və “peşə təhsili keçirilməsi” sözləri müvafiq olaraq “əlavə təhsil”, “təhsil alacaq” və “təhsil alması” sözləri ilə əvəz edilsin;
2.3.3.  dördüncü abzasda “peşə təhsili keçməsinə” sözləri “təhsil almasına” sözləri ilə əvəz edilsin;
2.4. 7-ci, 8-ci və 9-cu hissələrdə “peşə təhsilidir” sözləri “təhsildir” sözü ilə əvəz edilsin;
2.5. 10-cu hissədə “peşə təhsilinin” sözləri “təhsilin” sözü ilə əvəz edilsin;
2.6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:
“11. Dövlət qulluqçularının əlavə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.”;
2.7. 13-cü hissənin ikinci abzasında “peşə təhsilini” sözləri “təhsili” sözü ilə əvəz edilsin;
2.8. IV bölmənin adında, 14-cü və ­22-ci hissələrdə “peşə təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin;
2.9. 15-ci hissə üzrə:
2.9.1.  birinci abzasda “peşə təhsili keçmə” sözləri “təhsil alma” sözləri ilə əvəz edilsin;
2.9.2.  ikinci abzasda “peşə təhsili” sözləri “təhsilin” sözü ilə əvəz edilsin;
2.10.  23-cü hissədə “peşə təhsili keçmiş” sözləri “təhsil almış” sözləri ilə əvəz edilsin.
 
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
28 Oktyabr 2020 00:55 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə