Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 412 Bakı şəhəri, 26 oktyabr 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli və “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 214; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. II bölmə üzrə:
1.1.1. 1-ci hissənin birinci abzasının ikinci cümləsində (hər dörd halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.1.2. 4-cü hissənin dördüncü, altıncı və yeddinci abzaslarında “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.1.3. 5-ci hissənin ikinci abzasının ikinci cümləsində “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.1.4. 7-ci hissənin birinci və ikinci abzaslarında “pozğun-luqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.1.5. 8-ci hissədə “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.2. III bölmənin 2-ci hissəsində “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
1.3. həmin Əsasnaməyə 3 nömrəli Əlavə - “Loqopedik xidmət göstərilmiş şifahi və yazılı nitqində qüsurları olan uşaqların sayı haqqında Hesabat”ın cədvəlində (hər beş halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə 264; 2015, № 12, maddə 1581; 2020, № 2, maddə 216, № 8, maddə 1126) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəlik-lərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 3-cü hissəsində “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458; 2020, 
№ 2, maddə 216) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 10-cu, 13-cü və 15-ci hissələrdə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
3.2. 16-cı hissədə “qüsurlarının, həmin qüsurlarla” sözləri “pozuntularının, həmin pozuntularla” sözləri ilə əvəz edilsin;
3.3. 19-cu hissədə “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin;
3.4. 31-ci hissənin ikinci cümləsində “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilsin;
3.5. 35-ci hissədə “qüsurları” sözündən sonra “(pozuntuları)” sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.6-cı bənddə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
4.2. 9.2-ci bənddə “qüsuru” sözü “pozuntu” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912; 2018, № 5, maddə 1149, 
№ 11, maddə 2458) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8-ci hissənin onuncu abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin;
5.2. 12-ci hissənin birinci abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin;
5.3. 17-ci hissənin ikinci cümləsində “Qüsurlarla” sözündən sonra “(pozuntularla)” sözü əlavə edilsin;
5.4. 20-ci hissədə “qüsurlarını” sözündən sonra “(pozun-tularını)” sözü əlavə edilsin;
5.5. 32-ci hissənin “c” bəndinin birinci abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.
 
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
28 Oktyabr 2020 00:53 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə